SOCAR 173 əməkdaşını işdən çıxarır

SOCAR 173 əməkdaşını işdən çıxarır

SOCAR-ın "Neftqaztikinti" trestinin 173 nəfər əməkdaşı işdən azad edilir. bunu Neftçilər Hüquqlarının Müdafiəsi təşkilatının sədri Mirvari Qəhrəmanlı "Facebook" sosial şəbəkəsindəki hesabında bildirib.
 
Hüquq müdafiəçisi bildirib ki, işçilər müqavilə vaxtının bitməsi ilə əlaqədar tutduğu vəzifədən uzaqlaşdırılır.
 
Trestdə "Ernst&Young" audit şirkəti tərəfindən yoxlama aparılır. "Yoxlamaların nəticələrinə əsasən trestin əməkdaşları işdən azad olunur", - deyə mənbə bildirib.
 
Qeyd edək ki, trestin 3000-ə yaxın əməkdaşı var.
 
SOCAR-ın İnsan resursları departamentinin rəisi Asif Bəkirli isə "APA-Economics"ə açıqlamasında deyib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: "Mənə verilən məlumata görə, qeyd edilən say o qədər deyil və bu işçilər müvəqqəti layihələrdə işləyib, vaxtları bitənlərdir. Dəqiq məlumatı trestdən alıb, sizə təqdim edərik". (apa) /

Google+ WhatsApp ok.ru