SOCAR Energy Georgia şirkəti Gürcüstanda daha 11 məscidi qazla təmin edəcək - FOTO

Maide.az xəbər verir ki, ARDNŞ-nin Gürcüstan Nümayəndəliyi 2015-ci ilin yanvar ayından etibarən Bütün Gürcüstan Müsəlmanları İdarəsi ilə məscidlərin təmənnasız olaraq qazla təmini barədə memorandum imzalayıb.
 
Nəzərinizə çatdırırıq ki, bu günə qədər digər dinlərə məxsus məbədlərlə yanaşı Gürcüstanda olan məscidlərdən sadəcə bir neçəsi bu yardım proqramından faydalana bilib. 
 
Onu da qeyd edək ki, yaxınından qaz keçən bütün məscidlərimiz də bu proqramdan faydalana biləcəklər.
 
Bütün Gürcüstan Müsəlmanları İdarəsinin ruhaniləri bu xeyirxah addıma görə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və ARDNŞ-nin Gürcüstandakı Nümayəndəliyinin Direktoru cənab Mahir Məmmədova minnətdarlığını bildirib.
 

Google+ WhatsApp ok.ru