SOCAR prezidenti: `Əvvəl zavodu tikib, sonra qaz nəqlini fikirləşirlər`

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rusiyanın "Qazprom" şirkəti tərəfindən "AzMeCo"ya satılacaq qazın nəqlini təmin edəcək.
 
Bunu SOCAR prezidenti Rövnəq Abdullayev deyib.
 
"Bizim qaza ehtiyacımız yoxdur. Biz müqavilə öhdəliklərimizin hamısını yerinə yetiririk. Metanol zavodu tikilir. Bu zavod bizimlə uzunmüddətli qaz müqaviləsi imzalamayıb. Ona görə də, bizim o zavod üçün resursumuz yoxdur. Günah onların ("AzMeCo" - red.) özündədir ki, zavodu tikib, sonra qazı fikirləşiblər", - deyə R. Abdullayev qeyd edib.
 
SOCAR prezidenti qeyd edib ki, o, "AzMeCo"nun "Qazprom”dan qaz almasına etiraz etməyib. Bununla yanaşı, R. Abdullayev bildirib ki, metanol istehsalçısının "Qazprom"dan qaz alması "normal haldır".

Google+ WhatsApp ok.ru