SOCAR prezidentinə inanaq, yoxsa ABŞ-da benzinin real qiymətinə?

“Azərbaycanda yanacağın qiyməti ABŞ- dan da ucuzdu”. Trend-in məlumatına görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev Bakı Biznes Mərkəzində gənc neftçilərlə görüşdə bildirib.
 
“Bizdə neftin qiymətini Tarif Şurası ümumi Azərbaycan iqtisadiyyatı və orta qiymətlər fonunda müəyyən edir. Azərbaycanda cəmi bircə dəfə daxili bazarda qiymət xarici bazardakından bir az yüksək olub. O da cəmi bir-iki ay davam edib. Hazırda Azərbaycanda benzinin qiyməti 40 sentdir. Bu, ABŞ-dakı qiymətlərlə müqayisədə çox ucuzdur”, – deyə Rövnəq Abdullayev bildirib
 
FaktXəbər-in verdiyi məlumata görə, dünya ölkələrində benzinin litrinə görə qiyməti arasında böyük fərqlər mövcuddur. Belə ki, zəngin ölkələrdə  daha baha, benzin istehsal və ixrac edən ölkələrdə, həmçinin yoxsul ölkələrdə isə daha ucuz olur. Bu mənada yeganə istisna ABŞ-dır: İqtisadi cəhətdə çox inkişaf etməsinə baxmayaraq benzin çox ucuzdur. Keyfiyyətindən asılı olaraq benzinin litri arasında qiymət 0,12-0,37 sentdir. Göründüyü kimi ən yüksək keyfiyyətli benzin 0,37 sentdir. Azərbaycanda isə ən keyfiyyətli benzin 0,76 sentdir...
 
Yeri gəlmişkən, bəzi neft istehsal edilən ölkələrdə, məsələn Venesuellada hökumət  benzinin  qiymətini subsiyadalaşdırır və bu səbəbdən əhali  benzin üçün demək olar ki, pul ödəmir (0,02 sent).
 
Global Petrol Prices-ın dünyada benzinin qiymətləri ilə bağlı fevralın 1-nə olan hesabatının bir qismini təqdim edirik.
 

Google+ WhatsApp ok.ru