SOCAR terminalında gəmi partladı: ölən var

SOCAR terminalında gəmi partladı: ölən var

Türkiyənin İzmir şəhərində yanan gəmi SOCAR şirkətinə məxsus deyil. Partlayışın baş verdiyi gəmi, sadəcə, limanda SOCAR terminalına yan alıb.
 
Bu sözləri Axar.az-a SOCAR-ın ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı İbrahim Əhmədov Türkiyənin İzmir şəhərində yanan gəmi ilə bağlı danışarkən deyib.
 
İ.Əhmədov bildirib ki, partlayış limanın ərazisində deyil, gəminin daxilində olub:
 
“Partlayışın səbəbi araşdırılır. Yanan gəminin SOCAR-a aid olması ilə bağlı yayılan məlumat yanlışdır”.
 
Qeyd edək ki, Türkiyənin İzmir şəhərində, Petkim limanının sahilində gəmi partlayıb. Ardınca isə yanğın çıxıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 15 nəfər yaralanıb. Bölgənin bələdiyyə sədri Ərhan Günay mediaya açıqlamasında bildirib ki, yaralılar italyalı, ölən şəxs isə rumıniyalıdır.
 

Google+ WhatsApp ok.ru