Soçidə Suriyanı müzakirə edəcəklər

Soçidə Suriyanı müzakirə edəcəklər

İyulun 30-31-də Rusiyanın Soçi Qara dəniz kurort şəhərində Suriya danışıqları keçiriləcək. Danışıqları Qazaxıstanda periodik sülh danışıqlarına sponsorluq edən Rusiya, İran və Türkiyə aparacaq.
 
Rusiya Xarici İşlər Nazirliyinin iyulun 29-da bildirməsinə görə, tərəflər Suriya konstitusiya komitəsinin yaradılmasını, Suriyada yaradılan de-eskalasiya zonalarını, humanitar məsələləri müzakirə edəcəklər.
 
TASS dövlət xəbər agentliyi yazır ki, Rusiya nümayəndə heyətinə Kremlin Suriya üzrə xüsusi elçisi Aleksandr Lavrentyev rəhbərlik edəcək. İranın xarici işlər nazirinin müavini Hossein Ansari və türkiyəli həmkarı Sedat Onal-ın da danışıqlara qatılacağı gözlənir.
 
 

Google+ WhatsApp ok.ru