Somalidə tibbi yardım avadanlıqları daşıyan təyyarəni terrorçular vurdu

Somalidə tibbi yardım avadanlıqları daşıyan təyyarəni terrorçular vurdu

Somalidə yeni tip koronavirusla (Kovid-19) mübarizə üçün tibbi yardım avadanlıqları daşıyan təyyarənin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb.

 
Maide.Az xəbər verir ki, Somali Nəqliyyat naziri Mohammad Salad mətbuata verdiyi açıqlamada bildirib ki, təyyarə paytaxt Moqadişudan Bardale bölgəsinə gedirmiş.
 
O, axtarış xilas etmə işlərində 5 nəfərin cəsədini tapdıqlarını, birinin axtarışlareının isə davam etdiyini deyib.
 
Digər tərəfdən, mətbuatda yer alan xəbərlərdə bildirilir ki, təyyarə Əş-Şəbab terror təşkilatı tərəfindən vurulub.
 
Ölkənin cənubundakı çoxsaylı kənd və qəsəbəni işğal altında saxlayan Əş-Şəbab, tez-tez təhlükəsizlik əməkdaşları və mülki vətəndaşları hədəf alan hücumlar təşkil edir.
 

Google+ WhatsApp ok.ru