Somalidə bazarda terror

Somalidə bazarda terror

-- 15 ölü, 10 yaralı

Somalinin Aşağı Şeballe bölgəsində terrorçu kamikadze bazarda özünü partladıb.
 
Maide.Az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə insanların bazarda ən çox olduğu vaxtda törədilib.
 
Teror hücumu nəticəsində 15 nəfər ölüb.
 
Ağır yaralanan 10 nəfər isə xəstəxanalara yerləşdirilib.
 
Hücumun məsuliyyətini hələlik heç bir qruplaşma öz üzərinə götürməsə də, "Əş-Şəbab"ın törətdiyi ehtimal edilir.

Google+ WhatsApp ok.ru