Somalidə partlayışlar nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb

Somalidə partlayışlar nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb

-- 5 silahlının məhv edildiyi bildirilir

Somalinin paytaxtı Moqadişoda iki partlayış nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.
 
Maide.Az APA-a istinadən istinadən verdiyi xəbərə görə, ölənlərin sayının artacağı istisna edilmir.
 
Polis partlayışlardan sonra baş verən atışma zamanı 5 silahlının məhv edildiyini bildirib.
 
Terror aktına məsuliyyəti “Əş-Şəbab” terror qruplaşması öz üzərinə götürüb.
 
Qeyd edək ki, “Əl Qaidə” qruplaşması ilə əlaqəli olan “Əş-Şəbab” Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.
 

Google+ WhatsApp ok.ru