Son 12 saatda dünyada baş verən önəmli xəbərlər

Son 12 saatda dünyada baş verən önəmli xəbərlər

Maide.Az son 12 saat ərzində dünyada baş verən önəmli xəbərləri təqdim edir: 
 
 
Fələstinin işğal olunmuş əraziləri 
- Sionist rejim hərbiçiləri plastik güllələrdən istifadə edərək Calazon düşərgəsində bir neçə fələstinlini yaraladı. 
- Ərəb Dövlətləri Liqası üzv ölkələrdən istəyib ki, sionist rejimin Afrika qitəsində fəaliyyətini genişləndirməsinin qarşısını alsın. 
 
ABŞ 
- ABŞ senatorları  bazar ertəsi günü elan edib ki, Rusiya əleyhinə yeni sanksiyaların icrası ilə bağlı qanunun layihəsinin təsdiqi üçün razılaşıblar. 
- ABŞ müdafiə naziri  bazar ertəsi elan edib ki, Şimali Koreyanın  inkişaf etməkdə olan raket və nüvə proqramları Amerikanın milli təhlükəsizliyi üçün  “təcili təhlükə”dir. 
- ABŞ müdafiə naziri Rusiya prezidentinin Amerika ilə müsbət əlaqələr qurmaqda maraqlı olmadığını bildirib.  
- "əl-Ərəbiyyə" kanalı ABŞ prezidenti Donald Trampın sözlərini yayıb. D.Tramp bildirib ki, Qətərin cəzalandırılması müsbət addımdır və ABŞ-ın mövqeyi Qətərin əleyhinədir və məqsəd terrorizmin maliyyə təminatını dayandırmaqdır. 
- ABŞ Apellyasiya Məhkəməsi ölkə prezidentinin miqrantlarla bağlı göstərişini dayandırması ilə bağlı qərar çıxardıb. 
- Pentaqon rəhbəri Cim Mettis Amerika qanunvericilərinə tezliklə böyük dövlətlər arasında hərbi rəqabətin bərpa oluna biləcəyi barədə xəbərdarlıq edib. Bura Rusiya, ABŞ və Çin aiddir.
 
Fransa
- "FRANCE 24": Fransada keçirilmiş parlament seçkilərində əhalinin aktivliyi azalıb. Belə ki, beşinci prezidentin işə başlamasından sonra bu qədər azalma müşahidə olunmamışdır. 
 
Britaniya 
- İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı Britaniyanın iqtisadi artım proqnozlarının azalacağını bildirib. 
- Britaniyanın xarici işlər naziri Boris Johnson bildirib ki, Qətər qonşularının narahatlıqlarını başa düşsün və ifratçılıqla mübarizə aparsın. 
 
Qətər
- CNN, "Qatar Airways"ın prezidenti, bu şirkətə qarşı sanksiyaları qanunsuz adlandırıb və ABŞ-ı yaranmış böhranı daha da alovlandırmaqda günahlandırıb. 
- Son həftələr ərəb ölkələrində yaranmış gərginliyi azaltmaq üçün vasitəçilik missiasını həyata keçirən Küveyt kralı, mövcud düşmənçiliyin “mənfi nəticələr”lə nəticələnəcəyi haqda xəbərdarlıq edib. 
- Qətər XİN başçısı Səudiyyə Ərəbistan və müttəfiqlərinin rəsmi Dohanın terrorizmi dəstəkləməklə bağlı ittihamlarını əsassız adlandırıb və bildirib ki, belə başa düşülür ki, bu ölkələrin məqsədi Qətərin şərrindən xilas olmaqdır. 
 
Suriya 
- Suriya xarici işlər nazirinin müavini Feysəl Miqdad "əl-Vətən" qəzetinə müsahibəsində Qətər və bir neçə ərəb ölkəsi arasında yaranmış gərginliyə münasibət bildirib və deyib: "Səudiyyə Ərəbistanı və Qətər hər ikisi Suriyada terrorçularla əlbirdir. Baş verən son olaylar hamı üçün Suriyanın haqlı olduğunu aşkar etdi". 
 
Misir 
- "Reuters" agentliyini Misirdən yazır: "İŞİD-in sözçüsünə aid olduğu ehtimal olunan səs yazısı yayımlanıb. Səs yazısında o İŞİD üzvlərindən istəyir ki, mübarək Ramazan ayında Amerika, Avropa, Rusiya, Avstraliya, İraq, Suriya, İran və Filippinə hücumlar etsin. 
-Misir hakimiyyəti son iki həftə ərzində ən azı 62 saytı bağlayıb. 
 
Yəmən
- Səudiyyə Ərəbistanı təcavüzkarlarının hücumu nəticəsində Yəmənin Hədidə əyalətində bir ev dağılıb. 8 nəfər həlak olub ki, onların hamısı qadın və uşaqlardır. 
 
İran 
- Ayətullah Xamenei ötən gün çıxışında bildirib ki, İŞİD-i  Amerika yaradıb. 
- İranın XİN başçısı Məhəmməd Cavad Zərif bildirib ki, ABŞ prezidenti Donald Tramp hökuməti İranın nüvə anlaşmasına dair "Birgə Hərtərəfli Fəaliyyət planı"nın icrasına sadiq qalacaq. Çünki bu iş ABŞ-ın milli maraqlarının xeyrinədir.
- İran yığması “DC-2018”-ə vəsiqə qazanan üçüncü komanda olub
 
Rusiya
-  Putin: "Rusiya bir çox tərəfdaşlardan fərqli olaraq digər ölkələrin daxili proseslərinə heç vaxt qarışmır".
 -  Vladimir Putin: "Əl-Qaidə" və Bin Ladeni ABŞ özü yetişdirib. Necə ki, Üsamə bin Laden, eləcə də "Əl-Qaidə" Amerikanın xüsusi xidmət orqanlarının fəaliyyətinin nəticəsidir".
 
- Rusiyada fəaliyyət göstərən Korrupsiya ilə Mübarizə Fondunun (KMF) lideri Aleksey Navalnıy 30 sutka həbs cəzası alıb.

Google+ WhatsApp ok.ru