Son 6 ayda Azərbaycanda 7 min 200-dən çox ailə dağılıb 16 Avqust 2018 01:00 Xəbərlər 2018-ci ilin altı ayı ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 27 525 nikah qeydə alınıb. Maide.Az "Modern.az"-a istinadən xəbər verir ki, qeyd olunan müddət ərzində boşanma hallarının sayı isə 7219 təşkil edib. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,5 olub. Qeyd edək ki, 2018-ci ilin beş ayı ərzində isə qeydiyyat şöbələri tərəfindən 22 489 nikah qeydə alınıb. Ötən ilin müvafiq dövründə isə nikahların sayı 23 044 olub ki, bu da 2018-ci illə müqayisədə 555 nikah çoxdur. Ümumilikdə bu il əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 5,5 olub. Teqlər : #Son 6 ayda Azərbaycanda 7 min 200dən çox ailə dağılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Gəncə və paytaxtın bir neçə rayonunda qaz kəsiləcək ABŞ-da 343 qəzet Trampa qarşı birləşdi