Son 6 həftədə Kiyevdə 26 minə yaxın insan kəskin virus infeksiyasına tutulub 12 Fevral 2018 02:00 Xəbərlər -- bunların 70 faizi uşaqlardır 2018-ci ilin altıncı həftəsində Ukraynanın paytaxtı Kiyev şəhərində artıq 26 minə yaxın insan qrip və kəskin respirator virus infeksiyasına tutulub. Maide.Az "Azərtac"-a istinadən xəbər verir ki, bu barədə Kiyev şəhər Dövlət Administrasiyasının səhiyyə departamentinin rəhbəri Valentin Qinzburq fevralın 12-də keçirdiyi brifinqdə məlumat verib. Onun sözlərinə görə, bu il artıq 25 min 831 nəfər bu xəstəliyə tutulub, bunların 70 faizi uşaqlardır. Uşaqlar arasında qrip və kəskin respirator virus infeksiyasına tutulma halı 15 faiz, orta məktəblərdə isə 19 faiz artıb. Təkcə son bir həftədə 266 nəfər xəstəxanaya yerləşdirilib ki, onlardan da 189-u uşaqdır. Qrip və kəskin respirator virus infeksiyasının yayılmasına görə, Kiyevdə 120 orta məktəbdə karantin elan edilib. Teqlər : #Son 6 həftədə Kiyevdə 26 minə yaxın insan kəskin virus infeksiyasına tutulub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakı-Köçərli sərnişin qatarının hərəkəti dayandırılır 13 yaşlı müsəlman yeniyetmə beynəlxalq yarışmanın qalibi olub