Son 10 ildə Azərbaycanda doğulan və ölən körpələrin sayı açıqlanıb

Son 10 ildə Azərbaycanda doğulan və ölən körpələrin sayı açıqlanıb

Son 10 ildə (2008-2017) Azərbaycanda doğulan körpələrin sayı açıqlanıb.
 
Maide.Az “Report”a istinadla xəbər verir ki, bu müddət ərzində ölkədə 835187 uşaq dünyaya gəlib.
 
Son 10 ildə Azərbaycanda 1 yaşadək olan 17 992 körpə müxtəlif səbəblərdən ölüb. Onlardan 791-i infeksion və parazitar xəstəliklərdən, 3 366-sı tənəffüs sistemi xəstəliklərindən, 8 186-sı perinatal dövrdə meydana çıxan bəzi hallardan, 2 223-ü anadangəlmə anomaliyalardan (inkişaf qüsurları), deformasiyalar və xromosom pozuntularından, 196-sı isə travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən dünyasını dəyişib.
 
Səhiyyə Nazirliyinin məlumatına əsasən, qeyd olunan dövrdə hamiləlik, doğuş və zahılıq dövründə 273 ana ölümü baş verib.
 
Ümumilikdə isə son on ildə Azərbaycanda müxtəlif səbəblərdən ölən şəxslərin sayı 546 068 nəfər təşkil edib. Onlardan 66 503-ü yenitörəmələrdən, 331 672-si qan dövranı sisteminin xəstəliklərindən, 20 331-i tənəffüs sistemi xəstəliklərindən, 25 476-sı isə travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən həyatını itirib.
 

Google+ WhatsApp ok.ru