Son 12 saatda dünyada baş verən önəmli xəbərlər

Son 12 saatda dünyada baş verən önəmli xəbərlər

Maide.Az son 12 saat ərzində dünyada baş verən önəmli xəbərləri  təqdim edir: 
 
İraq 
 
- YUNİSEF : 5 milyondan çox iraqlı uşağın təcili yardıma ehtiyacı var. 
 
- Heydər Əl-İbadi: İŞİD Mosulun came məscidini partlatmaqla öz məğlubiyyətini etiraf etdi. 
 
- Usamə Əl-Nəcifi: İŞİD özünün həqiqi mahiyyətini ortaya qoydu. 
 
- ABŞ koalisiya qüvvələri komandanlığı  Mosulun qədim bölgəsinə hücumu təkzib edib. 
 
- Nuri came məscidinin partladılmasını  İŞİD terrorçuları həyata keçirib.  
 
- İraq Hizbullah dəstələrinin sözçüsü: Mosul şəhəri tam azad olma ərəfəsindədir.  
 
Suriya 
- Suriya ordusu terrorçuların Dəməşqin şərq hissəsinə soxulmasının qarşısını alıb
 
- B.Əsəd idarəçilikdə milli dəyişiklik layihəsinə start verib 
 
Yəmən 
- Yəmən ordusu və könüllülər Zilzal 2 raketi ilə  Səudiyyə ordusunun Cirandakı mövqelərini bombalayıb. 
 
ABŞ 
- D.Tramp:  Amerika və Çin arasında geniş əlaqələr var.  
 
- Tramp və Səudiyyə Ərəbistanın yeni vəliəhdi  Qətərlə gərginliyin azaldılması zəruriliyindən danışıb. 
 
- Reks Tillerson:  Amerika İraqda yenidənqurma işlərində Çinin dəstəyini gözləyir.
 
- Nyu-Yorkda  şəhərdaxili sərnişin avtobusu bir neçə avtomobillə toqquşduqdan sonra, kilsənin divarına çırpılıb.
 
Ukrayna
- Ukraynanın şərqində yeni atəşkəs rejimi iyun ayının 24-dən icra olunacaq.  
 
- Emmanuel Makron Rusiya, Ukrayna və Almaniya rəsmiləri ilə Ukrayna böhranı haqda müzakirələr aparacaq. 
 
Yaponiya
- Yaponiya balistik raket əleyhinə olan yeni zenit kompleksinin təqdimatını edib
 
Səudiyyə Ərəbistan 
- Səudiyyə Ərəbistan jurnalistlər və humanitar yardımçı qruplarının Yəmənə girişinə icazə vermir. 
 
- Qətər kralı Səudiyyə Ərəbistanda yeni vəliəhdin təyin olunmasını təbrik edib. 
 
Brazilya
- Brazilyanın senat komissiyası  prezidentin tutduğu vəzifədən uzaqlaşdırılması məsələsini  təsdiqləyib 
 
Britaniya 
- İngiltərədə yeni hökumət və parlamentin işə başlaması  Londonda geniş mitinqlərlə müşaiyət olunub 
 
- İngiltərə XİN: D.Trampın İngiltərəyə səfəri baş tutacaq. 
 
Fələstinin işğal olunmuş əraziləri 
- Sionist rejim uzun illərdən sonra  Qərbi Şəriyədə yeni qəsəbələrin tikintisinə start verib 
 
- İsrailin Nəqliyyat və Kəşfiyyat naziri Yisrael Katz : Səudiyyə Ərəbistan və Fars Körfəzinin digər ərəb ölkələrinə İranı dayandırmaq üçün gərək təhlükəsizlik əməkdaşlığı təklif edək. 
 
- Sionist rejim komandiri:  Hizbullahla ehtimal olunan müharibə üçün öz gücümüzü artırmışıq.(www.maide.az/ @xebermaide) 

 

Google+ WhatsApp ok.ru