Son 17 il ərzində Aralıq dənizində azı 33 min miqrant ölüb

Son 17 il ərzində Aralıq dənizində azı 33 min miqrant ölüb

-- Avropaya keçməyə cəhd göstərərkən

2000-2017-ci illər ərazində Aralıq dənizi vasitəsi ilə Avropaya keçməyə cəhd göstərərkən azı 33 761 nəfər həlak olub.
 
Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının hesabatında bildirilir.
 
Qeyd olunur ki, hesabat tapılan cəsədlərin və şahidlərin ifadələri əsasında tərtib olunub. Təşkilat Aralıq dənizi marşrutunu "dünyada ən ölümsaçan" adlandırıb və qeyd edib ki, həlak olanların real sayı daha çox ola bilər.
 
Təşkilatın məlumatına əsasən, 1970-ci ildən bu günə qədər qeyri-qanuni yol ilə Aralıq dənizindən 2,5 milyon insan keçib. (trend)
 

Google+ WhatsApp ok.ru