Son 200 ilin ən isti illəri yaşanır - Rəqəmlər açıqlandı

Son 200 ilin ən isti illəri yaşanır - Rəqəmlər açıqlandı

Amerika Atmosfer İdarəsi son illərdə havaların isti keçməsi ilə bağlı aparılan araşdırmaya uyğun hesabat açıqlayıb.
 
Maide.AZ  NTV Türkiyə-yə istinadən xəbər verir ki, hesabatda qlobal istiləşmənin səbəb olduğu fəsadlar və iqlim dəyişikliyi ilə bağlı təhlillər yer alıb.
 
Məlumata görə, meteoroloji proqnozların qeydə alınmağa başlandığı 19-cu əsrin sonlarından bu vaxta qədər ən isti havalar son 4 ildə yaşanıb.
 
65 ölkədən 500 mütəxəssisin iştirakı ilə hazırlanan 300 səhifəlik hesabatda qeyd olunub ki, 2017-ci il son 200 ildəki ən isti illərdən biri olub. Bunun nəticəsində planetimizdə karbondioksid və metan qazının miqdarı artıb. Dəniz suyunun ümumi səviyyəsi isə 1993-cü illə müqayisədə orta hesabla 7,7 sm yüksəlib.
 
Bundan başqa, qütblərdə buz təbəqələrinin ərimə prosesinin də sürətləndiyi qeyd olunub.

Google+ WhatsApp ok.ru