Son 22 il ərzində ilk dəfə ABŞ-dan Səudiyyə Ərəbistanına sərnişin təyyarəsi enib

Son 22 il ərzində ilk dəfə ABŞ-dan Səudiyyə Ərəbistanına sərnişin təyyarəsi enib

Amerikalı müsəlmanlar Həcc ziyarətinə bir başa reyslə gəlib

 
Ohayo ştattından Ciddəyə gələn təyyarə "MiamiAir" kompaniyasına məxsusdur.
 
Təyyarədə ilə ziyarətə gələn 168 müsəlman Həcc mərasiminə qatılacaqlar.
 
Ilk dəfə ABŞ-dan Səudiyyəyə təyyarə uçuşu 1997-ci ildə olmuşdu. Kral Abdul Əzizin adını daşıyan hava limanında  ABŞ-dan gələn təyyarəni krallığın nümayəndələri və vətəndaş aviasiyası idarəsinin rəhbərliyi qarşılayıb.
 
Nümayəndə heyətinin rəhbəri Abdul-Əl Mansuri bildirib ki, ABŞ və Səudiyyə Ərəbistanı arasında təyyarə reyslərinin müntəzəm olması üçün var qüvvələrini səfərbər edəcəklər. 
 
Xatirladaq ki, Həcc əməllərini yerinə yetirmək üçün təxminən bir milyon zəvvar Səudiyyə Ərəbistanına gəlib. Bu ilki Həcc  əməlləri avqustun 9-dan 14-dək yerinə yetiriləcək.

Google+ WhatsApp ok.ru