Son 25 ildə Azərbaycanda 65 minə yaxın körpə ölümü baş verib 08 Dekabr 2016 02:00 Ailə Son 25 ildə Azərbaycanda 1 yaşına qədər ölən körpələrin sayı açıqlanıb. 1990-2015-ci illər ərzində 64556 körpə ölümü baş verib ki, onlardan 31484-ü şəhər, 33072-i isə kənd yerlərində olub. Bu illər ərzində ən çox körpə ölümü 1993-cü ildə (4989), ən azı isə 2015-ci ildə (1580) qeydə alınıb. Ötən 25 ildə hər 1000 nəfər diri doğulana düşən körpə ölümlərinin də göstəricisi (faizi) xeyli aşağı düşüb. Belə ki, əgər 1990-cı ildə Azərbaycanda körpə ölümü hər 1000 diri doğulana 23% təşkil edibsə, 2015-ci ildə bu rəqəm 11% olub. 2015-ci ildə baş verən körpə ölümlərinin sayı əvvəlki illərlə müqayisədə artıb. 1999-2014-cü illər ərzində Azərbaycanda baş verən ölümlərin sayı 2 mini keçməyib. Lakin ötən il 1 yaşınadək ölən körpələrin sayı bir qədər artaraq 2033 nəfər olub. (apa) / Teqlər : #Son 25 ildə Azərbaycanda 65 minə yaxın körpə ölümü baş verib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda ailə bağçaları yaradılacaq Nikaha daxil olmaq istəyən 10 minə yaxın şəxsdə talassemiya daşıyıcılığı aşkarlanıb
Bu şəxslər 11-ci sinfi bitirdikdən sonra ali məktəbə 2 il imtahansız qəbul ola biləcəklər - YENİ QAYDA