Son 2 ayda sürücülər yol polisinə 4 dəfə hücum ediib - DYP - VİDEO

Son aylar Azərbaycanda da polis əməkdaşlarına qarşı ardıcıl hücumlar edilir. Nə baş verir? Bu hücumların arxasında dayanan qüvvələr varmı? Son iki ay ərzində vətəndaşların polisə hücumu ilə nəticələnən 4 fakt qeydə alınıb. Bu hadisələrin 3-ü elə təkcə ötən ay baş verib. Nərimanov rayonu ərazisində avtoxuliqanlıq edən sürücünü saxlamaq istəyən polis bıçaqlanıb. Cəfər Xəndan küçəsində də naməlum sürücü 2 polis əməkdaşı bıçaqlamışdı. Zaqatala da isə şüşə qırığı ilə polisin boğazı kəsilib. Dünən Bərdə də baş verən hadisədə isə polis yandırılıb. Bütün bunlar yol polislərinin başına gələn qəzalardı. Sürücülərin yol polislərinə qarşı göstərdiyi bu aqressiyanın hardan qaynaqlandığı yəqin ki, hamıya maraqlıdır. Vətəndaşlar dövlətin təhlükəsizlik orqanına göstərdikləri təzyiqin cavabsız qalmayacağını bilə-bilə görəsən niyə belə üsula əl atırlar? Baş Dövlət Yol Polis İdarəsində deyirlər ki, polisə qarşı hücum edən vətəndaşların əksəriyyəti ən azı bir dəfə məhkumluq həyatı yaşamış şəxslərdir. “Bu cür üzdəniraq sürücülər qorxmadan üzərində odlu silah gəzdirən polisə hucum edir. Əgər onların qarşısı vaxtında alınmazsa, görün onlar sadə insanlarla qarşılaşanda nə işlər çevirərərlər”.

Google+ WhatsApp ok.ru