Son 30 ildə postsovet ölkələrində əhalinin sayı necə dəyişib

Son 30 ildə postsovet ölkələrində əhalinin sayı necə dəyişib

1990-cı ildən 2020-ci ilə qədər postsovet ölkələrində, o cümlədən, Azərbaycanda əhalinin artım tempi açıqlanıb. Dünya Bankı və BMT-nin birgə hesabatına görə, göstərilən dövrdə Azərbaycan əhalisi 40%, yaxud 2,9 milyon nəfər artıb.
 
1990-cı ildən 2020-ci ilə qədər postsovet ölkələrində əhalinin artım tempi Dünya Bankı və BMT-nin birgə hesabatında əksini tapıb. Bu hesabata əsasən Azərbaycan əhalisi göstərilən dövrdə 40%, yaxud 2,9 milyon nəfər artıb. Hazırda Azərbaycan əhalisinin sayı 10 080 000 nəfərdir.
 
Qeyd edək ki, son 30 ildə postsovet məkanında ən çox artım Tacikistanda (76%) qeydə alınıb. Onu Özbəkistan (64%), Türkmənistan (61%) və Qırğızıstan (47%) izləyib. Bu Orta Asiya respublikalarından sonra ən çox artım Azərbaycanda (40%) qeydə alınıb. Nə qədər qəribə görünsə də, sonrakı yerdə Pribaltika respublikalarından Latviya (28%) və Litva (25%) qərarlaşıb.
 
Əhali artımına görə ən pis göstərici Rusiyada (2%) qeydə alınıb. Qonşu Gürcüstan (23%) və Ermənistan (16%) əhali artımına görə 25%-lik həddi aşa bilməyiblər.
 
1990-cı ildən 2020-ci ilə qədər keçmiş SSRİ respublikalarında əhalinin artım tempi ilə bağlı daha ətraflı məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz.
 
 

Google+ WhatsApp ok.ru