Son 4 dairə üzrə də deputatların adı bəlli oldu

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov noyabrın 1-də Milli Məclisə keçirilən V çağırış seçkilərdə qalan 4 seçki dairəsi üzrə lider namizədi açıqlayıb.
  
Maide.az-ın məlumatına göeə, Məzahir Pənahov deyib ki, 54 saylı Şabran-Siyəzən Seçki Dairəsində 70,3 faiz səslə Tahir Süleymanov (YAP), 118 saylı Ağdam şəhər Seçki Dairəsində 66,4 faiz səslə  Bəxtiyar Əliyev (YAP) , 121 saylı Laçın Seçki Dairəsində isə 62,5 faiz səslə Mahir Abbaszadə (YAP) lider namizəddir. 
  
Daha çox diqqət çəkən 35 saylı Xətai Üçüncü Seçki Dairəsində 47,3 faiz səslə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə lider namizəd olub, Ümid Partiyasının sədri İqbal Ağazadə ikinci yerdə qərarlaşıb.

Google+ WhatsApp ok.ru