Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist  Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar

Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar

Son dörd gündə işğal olunmuş ərazilərdə  yeni hökumətin formalaşmasından bəri sayca ikinci dəfə İsrail Xarici İşlər naziri Yair Lapidlə amerikalı həmkarı Antoni Blinken arasında telefon danışığı baş tutub.
 
Maide.Az  Haaretz-ə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin bəyanatına görə, danışıqlar zamanı tərəflər İsrail və bölgənin üzləşdiyi imkanlar və çətinlikləri müzakirə edib.
 
Tərəflər arasında gedən danışıqların digər mövzularına ABŞ-ın sionist rejimin təhlükəsizliyini təmin etmək öhdəliyi, Vaşinqton-Təl-Əviv ikitərəfli münasibətlərinin əhəmiyyəti və İsrail-Fələstin münasibətlərinin praktik şəkildə möhkəmləndirilməsi daxil olub.
 
Eyni zamanda, ABŞ Dövlət Departamentinin bəyanatına əsasən, Lapid və Blinken İran və ərəblərlə münasibətlərin normallaşdırılmasına dair razılaşmalar ətrafında da fikir mübadiləsi aparıblar.
 
Gələcəkdə dövrü qaydada sionist rejiminin Baş naziri olacaq Lapid daha əvvəl iddia edib ki, İsrail İranın nüvə proqramının nəticəsiz qalacağından əmin olmaq üçün yorulmadan çalışacaq.

Google+ WhatsApp ok.ru