Son 4 ildə 10 ölkədə müharibə və qətliamlarla 870 min uşaq həyatını itirib

Son 4 ildə 10 ölkədə müharibə və qətliamlarla 870 min uşaq həyatını itirib

2013-2017-ci illər ərzində, hərbi münaqişələrin baş verdiyi 10 olkədə, minimum sayla 5 yaşdan aşağı 870 min uşağın, 550 min körpənin ölməsi bildirilir.
 
Beynəlxalq "Uşaqları Xilas Edək" humanitar təşkilatın hesabatına əsasən, baş verən münaqişələr zamanı ən çox təhlükə ilə üzbəüz olan uşaqlar və körpələrdir.
 
"Uşaqlara qarşı müharibəni dayandırın" başlıqlı hesabata əsasən, 2010-cu ildən uşaqlara qarşı hücumların olması və onlardan sipər kimi istifadə edilməsi halları 174% artmışdır. Hesabata əsasən, 2017-ci ildə 420 milyona yaxın uşaq hərbi münaqişələr ərazilərində yaşayıb. Bu əvvəlki ilə nisbətən 30 milyon daha çoxdur.
 
Uşaq ölümlərinin əsas faktoru kimi, qida çatışmamazlığı, aclıq, tibbi xidmətlərin olmaması və humanitar yardımın əlçatmaz olması qeyd olunur.
 
Hesabatda, Yəmən müharibəsinin başlamasından bəri, 5 yaşdan aşağı 85 min uşağın soyuq və aclıq səbəbindən ölməsi bildirilir. BMT-nin hesabatına əsasən, hər 10 dəqiqədən bir, aclıq səbəbidən bir uşaq dünyadan gedir. /deyerler.org /
 

Google+ WhatsApp ok.ru