Son 5 ildə Azərbaycanda baş verən yanğınların statistikası açıqlanıb

Son 5 ildə Azərbaycanda baş verən yanğınların statistikası açıqlanıb

Son 5 il ərzində Azərbaycanda 721 194 yanğın hadisəsi baş verib.
 
Bunu Fövqəladə Hallar Nazirliyinin baş yanğın təhlükəsizliyi eksperti, general-mayor Yusif Nəbiyev FHN-nin yaradılmasının 11-ci il dönümünə həsr olunmuş Elmi-praktik seminardakı çıxışında deyib.
 
O bildirib ki, son 5 il ərzində baş verən yanğınlardan 151-i yüksək nömrəli çağırışla söndürülüb.
 
"Yanğınların söndürülməsi zamanı 611 yetkin şəxs, 113 uşaq xilas edilib. 4779 nəfər təxliyə edilib", - deyə Y. Nəbiyev qeyd edib. (apa) /

Google+ WhatsApp ok.ru