Son altı ayda 103 uşağa kəskin süst ifliclərin differensial diaqnostikası qoyulub

Son altı ayda 103 uşağa kəskin süst ifliclərin differensial diaqnostikası qoyulub

 
Bu müddət ərzində Uşaq Nevroloji Xəstəxanasına 11 000-dən çox uşaq müraciət edib
 
Səhiyyə Nazirliyinin Uşaq Nevroloji Xəstəxanasına bu ilin 6 ayı ərzində 11 000-dən çox uşaq müraciət edib.
 
Nazirliyin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, 1 455 nəfər stasionar müalicəyə qəbul edilib. 
 
Onlardan 416 nəfəri Ümumi şöbəyə, 262 nəfəri Diaqnostika şöbəsinə, 255 nəfəri Yenidoğulmuşların patologiyası şöbəsinə, 250 nəfəri Uşaq serebral iflici şöbəsinə, 103 nəfəri Kəskin süst ifliclərin differensial diaqnostikası şöbəsinə, 95 nəfəri Reanimasiya və intensiv terapiya şöbəsinə qəbul edilib. 
 
Zəruri müalicə aldıqdan sonra 1 381 xəstə evə buraxılıb. /

Google+ WhatsApp ok.ru