Son bir həftədə Müqəddəs Məşhəd şəhərinə  2 milyon 688 min nəfər səfər edib

Son bir həftədə Müqəddəs Məşhəd şəhərinə 2 milyon 688 min nəfər səfər edib

Son bir həftə ərzində Müqəddəs Məşhəd şəhərinə  2 milyon 688 min nəfər səfər edib.  
 
“Maide” xəbər verir ki, bunu İranın Xorasan Rəzəvi əyalətinin başçısı  Əlirza Rəşidian deyib. 
 
O, bildirib ki,  zəvvarlara və turistlərə  yaxşı xidmət göstərilməsi üçün  bütün şərait hazırdır. “Çalışırıq  İmam Rzanın (ə) şəhərində zəvvarlara və turistlərə yaxşı ev sahibliyi edək”. 
 
Ə.Rəşidian deyib ki, zəvvarların Məşhəd şəhərinə səfərində ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz artım müşahidə olunur.  “Ümumilikdə son bir həftə ərzində Xorasan Rəzəvi əyalətinə 4 milyon 350 min nəfər səfər edib ki, onlardan 2 milyon 688 min 255 nəfəri Məşhəd şəhərinin payına düşür.”
 
 

Google+ WhatsApp ok.ru