Son bir həftədə Əfqanıstanın Milli Təhlükəsizlik Qüvvələrinin 291 üzvü öldürülüb

Son bir həftədə Əfqanıstanın Milli Təhlükəsizlik Qüvvələrinin 291 üzvü öldürülüb

Keçən həftə Əfqanıstanın təhlükəsizlik qüvvələri üçün ölkədə 19 ildir davam edən müharibənin ən qanlı həftəsi olub.
 
Əfqanıstan Milli Təhlükəsizlik Şurası keçən həftə Talibanın həyata keçirdiyi çox saylı hücumlar zamanı Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinin (ANDSF) 291 üzvünün öldüyünü və 550 nəfərin isə yaralandığını bildirib.
 
“Talibanın 32 vilayətdə həyata keçirdiyi 422 hücumu Əfqanıstanın Milli və Müdafiə Təhlükəsizlik Qüvvələrinin 291 üzvünü şəhid edib və 550 nəfəri yaralayıb. Talibanın zorakılığı azaltmaqla bağlı üzərinə götürdüyü öhdəliyi mənasızdır və onun hərəkətləri sülhlə bağlı ritorikalarına ziddir" - deyə, Milli Təhlükəsizlik Şurası sözçüsü Cavid Feysəl tvitterdə yazıb.
 
Milli Təhlükəsizlik Şurasının bəyanatında eləcə də, son bir həftə ərzində Talibanın 18 vilayətdə həyata keçirdiyi zorakılıqlar qadın və uşaqlarda daxil olmaqla, azı 42 mülki vətəndaşın ölümünə, 105 nəfərin yaralanmasına səbəb olduğu bildirilib.
 
Bəyanat Taliban və hökumət, siyasi fraksiyalar və vətəndaş cəmiyyətləri fəalları da daxil olmaqla, Əfqanıstanda daxili danışıqların başlamasına ümidlərin yüksək olduğu bir vaxt açıqlanıb. /amerikaninsesi
 

Google+ WhatsApp ok.ru