Son bir ildə Misirdə mindən artıq məscid tikilib

Misirin Vəqflər naziri Mohəmməd Muxtar Cümə Qahirə Universitetinin məscidinin açılış mərasimində deyib: Misirdə son bir il ərzində inşa edilən bu min məsciddən təxminən 799 məscid Misir Vəqflər Nazirliyinin büdcəsi və vəqf edilən vəsaitlər hesabına tikilib.
Maide.az xəbər verir ki, o əlavə edib: Bu, Misirdə və hətta region ölkələri arasında məscid inşasının tarixində misilsizdir.
Misir Vəqflər naziri qeyd edib: Allah Quranda insanları yaxşı əməllər etməyə təşviq edir və bu yalnız maddi işlərlə məhdudlaşmır. Öz vəzifəsindən, məqamından düzgün və ölkəsi, xalqı üçün istifadə edən hər bir çəxs sanki öz malını Allah yolunda xeyriyyəçilik məqsədilə xərcləmiş sayılır.
O, İslamda məscidin dərəcəsi və onun xalq arasında müsbət təsiri haqda məlumat verərək, Nazirliyin gənc imamları işə götürməyə tam hazır olduğunu bildib. /
 

Google+ WhatsApp ok.ru