Son bir ildə 25 əcnəbi İmam Rzanın (ə) hərəmində İslamı qəbul edib

Son bir ildə 25 əcnəbi İmam Rzanın (ə) hərəmində İslamı qəbul edib

-- Kərbəladan Məşhədə piyada yürüş təşkil olunub

Məşhədin xarici ziyarətçilər idarəsinin sədri Həsən Qulampur iraqlı iki ziyarətçi dəstəsinin 45 günlük piyada yürüşündən sonra Məşhəd şəhərində Həzrət İmam Rzanın (ə) hərəminə çatdıqlarını bildirib.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, Həsən Qulampur Astan News-a açıqlamasında, bu iki dəstənin hər birinin 42 və 50 nəfərdən ibarət olduğunu və Kərbəladan Məşhədə piyada gəldiklərini deyib: “Bu karvanlar Məşhəd şəhərində Həzrət İmam Rzanın (ə) mübarək hərəmini ziyarət etməklə yanaşı, Məşhəddə qalacaqları üç gün ərzində müxtəlif mədəni tədbirlərdə də iştirak edəcəklər”.
 
Həsən Qulampur açıqlamasında, həmçinin Əziz Rəsulallahın (s) qızı Həzrət Fatimeyi Zəhranın (s.ə) müsibətli şəhadətinin növbəti ildönümündə Çin vətəndaşı olan bir gənc oğlan ilə Böyük Britaniya vətəndaşı bir xanımın kəlimeyi-şəhadət gətirərək, müsəlman olduqlarını xatırladıb.
 
O, 2017-ci ilin mart ayından indiyə qədər Məşhəddə İmam Rzanın (ə) mütəhhər hərəmində 25 əcnəbinin müsəlman olduğunu bildirib.
 

Google+ WhatsApp ok.ru