Son Cümə namazında Əl-Əqsada namaz qılan fələstinlilərin sayı 20 mindən artiqdır

Son cümə namazında Əl-Əqsa məscidində 20 mindən artıq fələstinli namaz qılıb.
Maide.az xəbər verir ki, izdihamı görən işğalçı rejim polisi onlara müdaxilədən çəkinib. Fələstin və işğal altındakı Fələstin ərazilərinin baş müftisi şeyx Məhəmməd Hüseyn cümə xütbəsi zamanı bildirib ki, şəhid ailələrinin öz şəhidlərinin İslam inanclarına uyğun şəkildə dəfn etmək onların haqqıdır: "Fələstin xalqının şəhidləri İslam qanunlarına görə dəfn olunmalıdır". 
 
O, həmçinin çıxış zamanı beynəlxalqa təşkilatlara müraciət edərək fələstinlilərin bu haqqını təmin etməyə çağırıb.   /
 

Google+ WhatsApp ok.ru