Son həftədə Yəmənin bir əyalətində vəbaya görə 20 nəfər həlak olub

Son həftədə Yəmənin bir əyalətində vəbaya görə 20 nəfər həlak olub

“Son həftədə Yəmənin təkcə əl-Hudeyda əyalətində 20 nəfər vəba epidemiyasından həyatını itirib."
 
Maide.Az "SalamNews"a istinadla xəbər verir ki, bu barədə əl-Hudeyda əyalətindəki tibbi mənbələr məlumat veriblər.
 
Bildirilib ki, Səudiyyə Ərəbistanı və koalisiyasının hazırda döyüşlər apardığı əl-Hudeyda əyalətində təkcə bir həftə ərzində 20 nəfər vəbadan həlak olub.
 
Qeyd edək ki, Yəmənin Səhiyyə Nazirliyi Səudiyyə Ərəbistanı və koalisiyasının başlatdığı müharibədən (26 mart, 2015) sonra baş qaldıran vəba epidemiyası haqda hesabat vermişdi.
 
Bu hesabatda bildirilib ki, təkcə 2017-ci ilin aprelindən indiyədək burada vəba epidemiyasından həlak olanların sayı 2508-ə çatıb.
 
Xatırladaq ki, Mərkəzi Cenevrədə yerləşən Beynəlxalq Qırmızı Xaç cəmiyyəti cari ilin əvvəlində elan edib ki, Yəməndə vəbaya yoluxanların sayı bir miyona yaxınlaşıb.

Google+ WhatsApp ok.ru