Son illər Azərbaycanda yağıntının miqdarı artıb, küləyin sürəti isə azalıb

Son illər Azərbaycanda yağıntının miqdarı artıb, küləyin sürəti isə azalıb

Son illər Azərbaycanda yağıntının miqdarı artıb, küləyin sürəti isə azalıb.
 
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov APA-ya açıqlamasında bildirib ki, Azərbaycanda ümumilikdə yağıntıların miqdarı 14-89 mm arasında artıb. Onun sözlərinə görə, artım daha çox Böyük Qafqazın cənub yamaclarında - Şəki, Qəbələ, Oğuz, İsmayıllı, Qusar rayonlarında müşahidə edilir.  Kür-Araz ovalığında isə yağıntıların miqdarında hansısa dəyişiklər nəzərə çarpmır: “Bakı və Abşeron yarımadasında yağıntıların orta çoxillik miqdarı 200-250 mm civarındadır. Son dövrlər Bakıda və Abşeronda da yağıntılar cüzi artıb. Yağıntıların miqdarında 5-10 mm artım qeydə alınıb, lakin bu, elə də böyük rəqəm deyil”.
 
İqlimşünas alim vurğulayıb ki, yağıntıların miqdarının artıb-azalması qlobal iqlim dəyişiklikləri ilə əlaqədar olan bir prosesdir. Yağıntıların miqdarında dəyişikliklərin olacağı ilə bağlı hələ 70-ci illərdə proqnozlar verildiyini nəzərə çatdıran M. Həsənov deyib ki, bu proqnozlar nisbətən özünü doğruldur. O, son illər Azərbaycanın bir sıra yerlərində küləyin sürətində azalma müşahidə edildiyini də açıqlayıb: "Azalma 2 mm/saniyə civarında qeydə alınıb. Bütün ölkə ilə yanaşı, Bakıda da bu hal qeydə alınır və küləklərin sürətində nisbətən azalma müşahidə edilir”. /   

Google+ WhatsApp ok.ru