Son sutka ərzində Suriyada 11 yaşayış məntəqəsi atəşkəs rejiminə qoşuldu

Son sutka ərzində Suriyada 11 yaşayış məntəqəsi atəşkəs rejiminə qoşuldu

-- Atəşkəs əldə edilən məntəqələrin sayı ümumilikdə 2047-yə yüksəlib

Son sutka ərzində Suriyada 11 yaşayış məntəqəsində olan silahlılar atəşkəs rejiminə qoşulub.   

Maide.Az "eastnews"-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib. 

“Sutka ərzində hərbi əməliyyatların dayandırılmasına dair Həma və Homs vilayətlərində 11 qəsəbədə razılaşma imzalanıb. Atəşkəs əldə edilən məntəqələrin sayı ümumilikdə 2047-yə yüksəlib”, - deyə Rusiya Müdafiə Nazirliyi bildirib.  

Google+ WhatsApp ok.ru