Sonuncu `Nardaran işi` üzrə təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib - ƏLAVƏ OLUNUB

Sonuncu `Nardaran işi` üzrə təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib - ƏLAVƏ OLUNUB

-- Proses fevralın 13-də davam etdiriləcək.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Nardaran işi" üzrə təqsirləndirilən Elxan İsgəndərov və Əbülfəz Bünyatovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
 
Maide.Az bildirir ki, "Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə barəsində polis nəzarəti qətimkan tədbiri seçilmiş təqsirləndirilən Əbülfəz Bünyatov məhkəməyə Təcili Tibbi Yardımla gətirilib.
 
Səhətində problem olan Ə.Bünyatov məhkəmə zalına həkimlərin nəzarəti ilə daxil edilib.
 
Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
 
F.Namazlı da növbəti vəsatətində cinayət işinin ayrıca icraata ayrılmasını istəyib.
 
Vəsatətlər təmin edilməyib.
 
Proses fevralın 13-də davam etdiriləcək.
 

Google+ WhatsApp ok.ru