Sığorta bazarında tənəzzül davam edir

Sığorta bazarında tənəzzül davam edir

2017-ci ilin yanvar-iyun ayı ərzində sığorta şirkətləri tərəfindən 276 milyon 158 min manatdan çox sığorta haqqı toplanmışdır. Həmin dövr ərzində sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin həcmi isə 124 milyon 410 min manat təşkil edib. Bu barədə məlumatı Maliyyə Bazarlarına Nəzarət Palatası yayıb.
 
Qeyd edək ki, 2016-cı ilin yanvar-iyun ayları ərzində Azərbaycanın 25 sığorta şirkəti tərəfindən 285,35 milyon manat sığorta haqları hesablanmışdır. Bu, 2016-cı ilin anoloji dövrü ilə müqayisədə 9,19 milyon manat və ya 3,2% azdır.
 
Cari ilin ilk yarısı ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 45 manatı ödəniş edilib. Qeyd edək ki, 2016-cı ilin müvafiq dövründə bu göstərici 35 manat olub.
 
Könüllü sığorta bazarı üzrə haqlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 16 milyon 666 min manat artaraq 193 milyon 802 min manat təşkil edib. Bu sığorta növləri üzrə ödənişlər isə 23 milyon 427 min artaraq 98 milyon 573 min manata yüksəlib.
 
2017-ci ilin ilk rübü ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb. (azadliq.info) /

Google+ WhatsApp ok.ru