Sorğu - Rusiyada daha çox kilsə və ya məscid tikilsinmi?

Sorğu - Rusiyada daha çox kilsə və ya məscid tikilsinmi?

Rusiyada dövlətə bağlı VCİOM monitorinq təşkilatının keçirdiyi sorğuda, Rusiya xalqının 64%-nin ölkədə kilsə və məscid kimi binaların inşa edilməsinə dəstək verdiyi məlum olub.
 
Sorğuda məscid və kilsələrin tikilməsini dəstəkləyənlərin və əleyhinə olanların nisbəti 24%, qəti olaraq ibadət evlərinin tikintisinin əleyhinə olanların nisbəti isə 6% təşkil edib.
 
Sorğunun müsəlman iştirakçıları, yeni ibadət evinin tikintisinə xristian iştirakçılardan daha çox dəstək verib.
 
İştirakçıların 74%-i kilsə, məscid və digər ibadət tikililərini mədəni dəyər kimi qəbul edir.
 
Araşdırmada öz ibadət evlərini daha tez-tez ziyarət edən rusların yeni ibadət evinin tikintisini daha çox dəstəklədiklərini göstərib. Məsələn, həftədə bir neçə dəfə ibadət evinə gedən iştirakçıların 76%-i yeni ibadət evlərin tikintisini dəstəkləyibsə, ayda bir dəfə gedənlər arasında bu nisbət 60% təşkil edib. (deyerler) /
 

Google+ WhatsApp ok.ru