SOSİAL PROBLEMLƏR CİNAYƏTKARLIĞA YOL AÇIR

SOSİAL PROBLEMLƏR CİNAYƏTKARLIĞA YOL AÇIR

«Exo» qəzetində «Sosial problemlər Azərbaycan vətəndaşlarını cinayətə təhrik edir» sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif öncə bildirir ki, bu ilin 9 ayı ərzində Bakıda 9 min 137 cinayət qeydə alınıb. Keçən ilin eyni dövrü ilə müqayisədə 431 fakt çoxdur. Ekspertlərdən Elman Osmanov mövzunu qəzetə belə şərh edib: «Pulsuzluqdan, işsizlikdən yaranan boş vaxtlar insanı kriminala, ilk növbədə isə oğurluq və soyğunçuluğa təhrik edir. Bakıda baş verən cinayətlərin statistikası həmişə öz «sabitliyi» ilə fərqlənir. Demək olar ki, cinayət hər il eyni səviyyədə olur və bunun sayının azalmaması suallar doğurur».
 
Ekspert hesab edir ki, ölkədə kriminogen durumun pisləşməsinin səbəbi hüquqpozmalara dair profilaktik işin səmərəsizliyi və sosial problemlərin çoxluğudur.
 
O deyib ki, iqtisadi böhran insanları cinayətlərə təhrik edir.
 
Ekspertin fikrincə, xırda cinayətkarlar arasında kredit borcları olanlar da var: «Üzərində borc olan, pulu bu aydan o aya çatdıra bilməyən adam çox şeyə əl ata bilər». (azadlıqradiosu) /

Google+ WhatsApp ok.ru