Sosial mediadan ən çox bu saatlarda istifadə edirik

Sosial mediadan ən çox bu saatlarda istifadə edirik

Sosial mediada hər gün milyonlarla paylaşım edilir. Bəs bu paylaşımlar daha çox hansı gün və saat aralıqlarında intensiv təqib edilir?
 
Sosial media günlük həyatımız içində bir qaçış nöqtəsi halına gəlib. Canımız sıxıldığı zaman isə fasilə üçün daha çox sosial mediadan istifadə edirik. Aparılan araşdırmalara görə, Türkiyə əhalisinin 60 faizə yaxını, yəni 48 milyon nəfər sosial mediadan istifadə edir. Bu insanların 42 milyonu isə ümumən sosial median mobil telefon vasitəsilə təqib edir. Bu da o deməkdir ki, sosial medianın hər zaman əlimizin altında olmasını istəyirik. Çoxumuz sosial median əylənmə, bəyənilmə və təqib edilmə arzusu ilə istifadə edirik. Amma bu məcraların da özünə görə qayda-qanunları var. Musavat.com dünya mətbuatına əsasən, insanların sosial şəbəkədən sutkanın hansı saatınlarında, həftənin hansı günlərində istifadə etdiyini yazır.
 
Əldə edilən araşdırmalara görə, Facebook artıq hər hansı bir məsələdə məlumat əldə etmək və maraq mövzuları ilə bağlı qruplara daxil olmaq məqsədilə istifadə olunur. İstifadəçilər Facebookdan ən çox çərşənbə günləri istifadə edirlər. Paylaşım üçün ən pis günlər isə işlərin çox olduğu bazar ertəsi və insanların daha çox istirahətə önəm verdiyi şənbə-bazardır. Facebooka baxmaq üçün ən ideal saatlar isə səhər işə getmədən öncə, yəni, 06.00-08.00 və işdən qayıdış olan 17.00-19.00 sayılır. Facebook üçün ən uğursuz paylaşım saatarı isə 22.00 – 04.00 olaraq qeyd edilir.
 
Twitter isə insanların daha çox məlumat paylaşımı, xəbər və gündəm təqibi ilə bağlı istifadə etdiyi bir məcradır. Aparılan araşdırmalara görə, ən çox bazar ertəsi, çərşənbə axşamı və cümə axşamı günləri istifadə edilən Twitter-də paylaşım üçün ən yaxşı saatlar iş çıxışı olan 17.00-19.00-dur. Bununla paralel olaraq son dönəmin trendi olan serial haştaqları sayəsində 20.00-23.30 saatları da populyar saatlar sayılır.
 
Hekayə və canlı yayım özəlliyinin gəlişi ilə həm istifaçi, həm də paylaşım sayında böyük artım yaşayan Instagram daha çox şəkil və video paylaşımı üçün istifadə edilir. Daim təmizlənmə, yenilənmə halında olan Instaqram paylaşımları üçün bəlli bir zaman dilimi vermək çox çətindir. Amma aparılan araşdırmalar göstərir ki, işə gediş-dönüş və axşam saatlarında edilən paylaşımlar çox daha yüksək bəyənmə və izlənmə alır. Xüsusən yay ayları, qar tətilləri, yeni il kimi özəl dönəmlərdə paylaşım sayının artdığını da demək olar.
 
Digər sosial məcralara görə, ölkəmizdə istifadəçi sayı olduqca aşağı olan Pinterest isə bir çox insan üçün sadəcə ilham qaynağıdır. Pinterest-də paylaşımın ən yüksək olduğu günlər istifadəçilərin dincəlməyə çəkildiyi şənbə və bazar günləridir. Paylaşım üçün ən ideal saatlar isə günortadan sonra 14.00-16.00 və axşam üstü 17.00-18.00 arası olarak qeyd edilir.
 
İş dünyası professionallarının bir-birilə ünsiiyyət qura bildiyi məcra olan LinkedIn aparılan bir araşdırmaya görə, ən çox çərşənbə axşamı, çərşənbə və cümə axşamı günləri popuyardır. LinkedIn üçün ən yaxşı saatlar isə səhərlər 07.00-09.00 ilə axşam 17.00-18.00 olaraq göstərilir. (musavat) /

Google+ WhatsApp ok.ru