Sosial şəbəkələrlə bağlı yeni qaydanın sirri açıldı

«Bizim yol» son günlər ən çox müzakirə edilən məsələyə toxunub.
 
Nazir Əli Abbasov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin internet messencerlər («Viber», «WhatsApp», «Skype» və başqaları) və sosial şəbəkələrin fəaliyyətini sertifikatlaşdıracağını bildirib. Nazir deyib ki, artıq şirkətlərlə danışıqlar başlayıb və onların əksəriyyəti ölkənin tənzimləyici orqanının bu addımını müsbət qarşılayıb. Əli Abbasovun fikirləri birmənalı qarşılanmayıb, sosial şəbəkə istifadəçilərinin çoxu bunu məhdudiyyət kimi qiymətləndirib.
 
İctimai fəal Bəxtiyar Hacıyev isə «Bizim Yol»a açıqlamasında bu cür yanaşmanı yanlış adlandırıb.
 
«Məsələ burasındadır ki, «Facebook», «Twitter» və «Skype» ABŞ şirkətləridir. Bu şirkətlər dünyanın bütün ölkələrindən milyardlarla insanın şəxsi məlumatlarına, yazışmalarına malikdirlər. ABŞ vətəndaşı, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş işçisi E.Snowden-in mətbuata sızdırdığı məlumatda qeyd edilirdi ki, MKİ (CIA) zaman-zaman ayrı-ayrı insanlarla bağlı məlumatları, yazışmaları bu şirkətlərdən əldə edib. Bundan sonra bir çox ölkədə, xüsusilə də Avropa İttifaqında ayrı-ayrı vətəndaşlar, qruplar öz məlumatlarının təhlükəsizliyi, kimlərlə paylaşılıb-paylaşılmaması ilə bağlı məsələ qaldırdılar. Avropa Komissiyası da artıq bu istiqamətdə işlərə başlayıb və Avropa İttifaqı üçün vahid «Məlumatların Mühafizəsi Qanunu» (Data Protection Law) qəbul etməyə və bu məsələni tənzimləməyə çalışır», - Bəxtiyar Hacıyev deyir. /

Google+ WhatsApp ok.ru