Sosial problemlər və dağılan ailələr

Sosial problemlər və dağılan ailələr

«Novoye Vremya» qəzetində «Nikahların pozulması prosesinin qarşısını necə alaq?» sualına cavab axtarılır.
 
Yazıda qeyd edilir ki, 2015-ci ildə ölkədə cəmi 68 min 773 min nikah bağlanıb. Bu, son 6 ildə ən aşağı göstəricidir. Əvəzində ötən il 12 min 764 nikah pozulub. Bu da son 6 ildə ən yüksək göstəricidir.
 
Müəllif vurğulayır ki, ailələrin dağılmasına başlıca səbəb sosial problemlər, sonsuzluq, ailədaxili zorakılıq, narkomaniya, alkoqolizm göstərilir. Amma müəllif xüsusi bir məqamın üzərində dayanır: «Azərbaycanda indiki böhran dövründə işsizlik böyük miqyas alıb. Bu isə o deməkdir ki, bundan sonra daha çox ailələr dağıla bilər».
 
Müəllif yazır ki, yeni iş yerlərinin açılması, gənclərə güzəştli layihələrin təklifi bu prosesin genişlənməsinin qarşısını ala bilər.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru