`Sovetski`dəki yanğının səbəbi məlum oldu

`Sovetski`dəki yanğının səbəbi məlum oldu

Bakıda “Sovetski” adlanan ərazidə yanğın baş verib.
 
Balababa Məcidov küçəsi ilə Nərimanov Nərimanov prospektinin kəsişməsində, "Əfsanə" kafesi ilə üzbəüz, sökülmüş evin ərazisində yanğın baş vermişdir.
 
Yanğının söndürülməsinə Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4 briqadası cəlb edilib.
 
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından  verilən məlumata görə, hadisə yerinə təcili tibbi yardım briqadaları da göndərilib.
 Yanğının “Mersedes” markalı avtomobilin və ikimərtəbəli yaşayış binasının bir hissəsinə keçdiyi bildirilir.
 
Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 60 kv.m-lik sahədə, təkər sexində qeydə alınan yanğın ərazidəki köhnə taxtalara və təkərlərə od düşməsi səbəbindən baş verib.
 
Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Google+ WhatsApp ok.ru