Soyqırımın 100 illiyinə həsr edilmiş dəyirmi masa - FOTO

Soyqırımın 100 illiyinə həsr edilmiş dəyirmi masa - FOTO

-- `Qələm Yazarlar Birliyi`nin təşəbbüsü ilə

Bu gün "Qanun" nəşriyyat evinin mətbuat üçün nəzərdə tutulmuş zalında "Qələm Yazarlar Birliyi"nin təşəbbüsü ilə "Azərbaycanlıların Soyqırımı - 100 Faciələrimizi Unutmayaq" adlı tədbir keçirilib. 
 
Maide.Az "faktxeber"-ə istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan Qələm Yazarlar Birliyinin sədri Qurban Cəbrayıl 100 il öncə xalqımızın başına gətirilən soyqırımın tarixindən danışdı. Qeyd olundu ki, soyqırımı faciəsinin unudulmaması üçün xalqımız daim bu faciəni yad etməli, düşmənlə mübarizədə əzimkar olmalıdır. 
 
Daha sonra söz Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyevə verildi.
 
O qeyd etdi ki, istər 100 il öncə, istərsə də müstəqillik qazandığımız illərdə azərbaycanlılara qarşı həyata keçirilən soyqırım xalqımızın məzlumiyyətinin göstəricisidir: "Lakin, bu məzlumiyyət heç də ayıb və aşağılıq kimi başa düşülməməlidi. Bizim birinci İmamımız Əli (ə) şücaəti hamıya bəllidir. Müsəlman və qeyri müsəlmanlar onu gözəl tanıyır, dünyanın böyük alimləri bu şəxsiyyəti bütün elimlərin mənbəyi hesab edir. Bütün sadaladıqlarıma rəğmən Əli (ə) həm məzlum idi həm də məzlumların rəhbəriydi".
 
Xalqımızın mənəvi dəyərlərinə toxunan Hacı İlham Əliyev yeniliyin əleyhinə olmadıqlarını bildirdi: "İnsan öz zəmanəsini gözəl tanımalı və yenilikləri qəbul etməlidir, fəqət bir şərtlə ki, bu yenilik və müasirlik İlahi cızıqları pozmasın. Biz öz gələcəyimizi dini, mənəvi, əxlaqi köklərimiz üzərində qurmalıyıq". 
 
Dəyirmi masada Vətəndaş və İnkişaf Partiyasının(VİP) sədri Əli Əliyev də nitq söylədi. Ermənilərin törətdiyi soyqırımı təkcə hansısa etnosa qarşı yox, ümümilikdə Qafqazda müsəlman əhaliyə qarşı xaçpərəstlərin yürüşü kimi qiymətləndirdi: "Bu gün Suriyada, Yəməndə, İraqda, Liviya və sair müsəlman ölkələrində baş verən dəhşətlər əslində bizə qarşı yüz il öncə həyata keçirilən soyqırımın davamıdır".
 
Partiya sədri ölkəmizdə müxtəlif siyasi, idealoji baxışlı insanların dövlət və xalq naminə hər zaman bir araya gəlməyi bacarmalı olduqlarını xüsusi vurğuladı: "Siyasi, dini, ideoloji fərqlərin olması təbiidir, amma bütün sadaladığım idealiqoyaları təmsil edən şəxslərin bir vətəni var. Müstəqil ölkəmiz olmasa hamımız pərən-pərən düşərik".
 
Daha sonra söz ilahiyatçı Araz Şiyəkəranlıya verildi. Natiq, çıxışını 31 martda Azərbaycanlılara qarşı soyqırımda iştirak edən şəxslərin Bakıda abidə qoyulması faktı xatırlaması ilə başladı: "Bakı əhaləsinin qətlə yetirib dəfn etdikləri Çəmbərkənd qəbirstanlığına sonralar park salıb adını Kirov parkı qoydular. Bundan daha böyük faciə Azərbaycanlıların soyqırımına şəxsən əmr verən Stepan Şaumyana Bakının mərkəzində abidə ucaldıldı. Bir xalqın heysiyatına bu qədər toxunmaq olarmı? Danışdığımı tarixi faktlar bu divarlar arxasında qalmamalıdır, ictimailəşməlidir. 
 
Tədbir digər qonaqların 31 mart soyqırımı ətrafında müzakirələriylə davam etdirildi.
 
 
 
 
 

Google+ WhatsApp ok.ru