S&P: “Qaz hasilatının artmasına baxmayaraq cari balansın göstəriciləri getdikcə azalacaq”

Azərbaycanda iqtisadi artım uzunmüddətli perspektivdə qaz hasilatının çoxalması ilə dəstəklənəcək. Qaz hasilatı neft hasilatı sahəsində durğunluğu kompensasiya edəcək. Bu barədə “Standard & Poor’s” beynəlxalq reytinq agentliyinin reytinq qiymətləndirilməsinin təsdiq edilməsi üzrə hesabatına istinadən məlumat verir.
 
Hesabatda deyilir ki, karbohidrogenlərin ixracı cari əməliyyatların hesab profisitini yenə də təmin edəcək: “2018-ci ildə xeyli həcmdə qaz hasilatına başlanacağına baxmayaraq, cari balansın göstəriciləri getdikcə azalacaq”.
 
Agentliyin proqnozlarına əsasən, profisit 2013-cü ildə ÜDM-in 17 faizindən (qiymətləndirmə) 2016-cı ildə ÜDM-in 9 faizinədək getdikcə azalacaq: “Bununla belə, hesab edirik ki, Azərbaycan xarici netto-kreditor qismində güclü mövqeyini qoruyacaq.
 
Proqnozlarımıza uyğun olaraq, yaxın 3 ildə Azərbaycanın xarici maliyyələşdirilməsinə (brutto) tələbat cari əməliyyat hesabları üstəgəl istifadə edilə bilən ehtiyatlar üzrə daxilolmaların ən azı 7 faizi səviyyəsində qalacaq. Qısa təmiz xarici aktivləri isə cari əməliyyatların hesabları üzrə daxilolmaların təqribən 100 faizi səviyyəsində olacaq”.

Google+ WhatsApp ok.ru