İspaniyada sosialistlər qələbə qazanıb

İspaniyada sosialistlər qələbə qazanıb

İspaniya Sosialist İşçi Partiyası növbədənkənar parlament seçkilərində qələbə qazanıb. Bu barədə Krallığın Daxili İşlər Nazirliyinin saytına məlumat yerləşdirilib.
 
Seçki protokollarının 99,99%-i yoxlandıqdan sonra sosialistlərin mümkün 350 mandatdan 123-nə yiyələndiyi məlum olub. Buna qədər partiya 85 kürsüyə malik idi.
 
İkinci yerdə 66 mandatla Xalq Partiyası, üçüncü yerdə isə  57 mandatla "Vətəndaşlar" partiyası qərarlaşıb.
 
Buna qədər sosialistlərin lideri Pedro Sançes hökumətin formalaşdırılması üçün danışıqlara başlamağa hazır olduğunu açıqlayıb. /FaktXəbər  /
 

Google+ WhatsApp ok.ru