İspaniyalılar Amerikanın Suriyada aviabazanı bombalamasını pislədi - VİDEO

İspaniyalılar Amerikanın Suriyada aviabazanı bombalamasını pislədi - VİDEO

ABŞ-ın Suriya ərazisində aviabazanı bombalaması dünya ölkələrində etirazla qarşılanıb. 
 
Maide.Az xəbər verir ki, belə etiraz aksiyalarından biri də bazar ertəsi günü İspaniyanın Madrid şəhərində yüzlərlə insanın iştirakı ilə keçirilib. 
 
Amerikanın Madriddəki səfirliyi qarşısında keçirilən etiraz aksiyasında etirazçılar ABŞ-ın Suriyada aviabazanı bombalamasını pisləyib. 
 
Etirazçılar əllərində, üzərində “İmperialist müharibəsinə yox”, “Suriyada təcavüzə son qoyun”, “Miqrantları unutmusunuzmu?”, “Nə üçün hökumətlər bir iş görmür?” kimi şüarlar yazılmış plakartlar tutub. 
 
Etiraz aksiyasında iştirak edənlər, həmçinin NATO və Amerikanın Yaxın Şərqə müdaxiləsi əleyhinə şüarlar səsləndirib. /

Google+ WhatsApp ok.ru