İspaniya Məhkəməsi katalonların qabağına daş qoydu

İspaniyanın Konstitusiya Məhkəməsi Katalonların referendumunu etibarsız elan edib. Maide.az-ın məlumatına görə, İspaniyanın Konstitusiya Məhkəməsi tərəfindən baxılan iddialar Kataloniyada sorğular haqqında qanun və referendum haqqında fərmanı avtomatik olaraq dayandırır. Hazırda məhkəmənin iddialara baxmaq üçün beş ay vaxtı var.
 
Kataloniyanın rəhbəri Artur Mas əyalətdə noyabrın 9-da müstəqillik referendumunun keçirilməsi haqqında fərman imzalayıb. Bu, Barselonada müstəqillik tələbi ilə keçirilən ikimilyonluq mitinqin nəticəsidir.

Google+ WhatsApp ok.ru