İspaniyanın hər dördüncü sakini işsizdir

2015-ci ilin birinci rübünün yekunlarına əsasən, İspaniyada işsizliyin səviyyəsi 23,78 faiz təşkil edib.
 
Bu barədə “Bloomberg” İspaniyanın Milli Məşğulluq İnstitutunun hesabatına istinadən məlumat yayıb.
 
Məlumata görə, 2015-ci ilin yanvar-mart aylarında İspaniyada işsiz vətəndaşların ümumi sayı 5,44 mln nəfərə çatıb. Hazırda ölkədə 17,45 mln nəfər işlə təmin edilib.   
 
25 yaşadək ispanlar arasında işsizliyin göstəricisi Avropa İttifaqında ən yüksək – 51,3 faiz səviyyəsindədir. 

Google+ WhatsApp ok.ru