İspaniya xalqı monarxiya quruluşuna son verilməsini tələb edir

Minlərlə ispaniyalı bazar günü ölkə Konstitusiyasının qüvvəyə minməsinin il dönümündə madriddə mitinq keçirərək, monarxiyaya etirazlarını bildiriblər.
 
Maide.az xəbər verir ki, aksiyada bir neçə partiya və müxtəlif siyasi qruplar, o cümlədən Xlaq birliyi və Kommunist partiyaları iştirak edirdilər.
 
Aksiya iştirakçıları əllərində İspaniyanın ikinci Respublika bayraqlarını və monarxiya əleyhinə plakatlarla, öz müqəddəratını təyinetmə və üçüncü Respublikanı yaratmaq hüququnun verilməsini tələb ediblər.
 
Etirazçılar habelə İspaniyada monarxiya quruluşunun davam etməsi üçün referendum keçirilməsini tələb ediblər.
 
İspaniyanın El-Mondo qəzetinin 2014-cü ildə yaydığı bir rəy sorğusunun nəticələri göstərib ki ölkə əhalisinin yalnız 41%-i monarxiya quruluşunu dəstəkləyir.
 
1978-ci ildə qəbul olunan İspaniya Konstitusiyasına əsasən, ölkənin siyasi quruluşu demokratikdir. Kral və monarx ailəsi isə yalnız simvolik funksiya daşıyır. /
 

Google+ WhatsApp ok.ru