İsrail 14 yaşadək uşaqları həbs etmək üçün qanun layihəsi hazırlayıb

Maide.az xəbər verir ki, sionist İsrail rejimi ədliyyə naziri Aylet Şakedin öz beyninin məhsulu olan bu layihəyə əsasən, 12-13 yaşlı uşaqlara həbs qərarı çıxarmaq mümkündür.
 
14 yaşadək uşaqların həbs edilməsi haqqında qərar yalnız qəsdən adam öldürmə və ya öldürməyə təşəbbüs göstərən şəxslər haqqında çıxarılır.
 
Qisas hücumlarında və zorakılıq tətbiq edilən etirazlarda iştirak edən fələstinli uşaqların və yeniyetmələrin sayı ötən ildə kəskin artıb. Sionist rejim Ədliyyə Nazirliyi bununla əlaqədar fələstinli yeniyetmələrə qarşı cəzaların sərtləşdirilməsi üçün müxtəlif tədbirlər həyata keçirib.
 
Qanunda, həmçinin daş atmaqda və təqsirli bilinən uşaqların valideynlərinin cərimələnməsi imkanları, həmçinin Məhkəmə araşdırması başa çatana qədər uşaqların həbsdə saxlanılmasını da təmin edir./

Google+ WhatsApp ok.ru