İsrail 2 fələstinlini güllələyərək öldürüb

İsrail 2 fələstinlini güllələyərək öldürüb

Dünən Qəzzanın mərkəzi bölgəsi olan Deyr əl-Bəla rayonunda sərhəd çəpəri yaxınlığında keçirilmiş etiraz aksiyası zamanı işğalçı İsrail rejim qüvvələrinin açdığı atəş nəticəsində fələstinli yeniyetmə həyatını itirib.
 
Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, İsrailin qurduğu tikanlı məftillərə yaxınlaşan bir qrup etirazçı İsrail ordusu tərəfindən gülləbaran edilib. Bu zaman güllə yarası almış 17 yaşlı Müntəsir əl-Baz bir neçə saat sonra xəstəxanada keçinib.
 
Qəzza Səhiyyə Nazirliyindən bildirilib ki, dünən əl-Namir qapısı ərazisindəki aksiyada güllə yarası almış yeddi nəfərin vəziyyəti kritikdir. Yaralılar Qəzzadakı əl-Əqsa hospitalına aparılıblar.
 
 
Qeyd edək ki, bu gün sübh çağı işğal altındakı İordan çayının qərb sahilinin Tubas rayonunun Tamon qəsəbəsində  də işğalçı İsrail qüvvələrilə baş vermiş qarşıdurmada bir fələstinli öldürülüb, 11 nəfər yaralanıb.
 
Məlumata görə, işğalçı rejim qüvvələri Nablusun Kəfr-Xəlil qəsəbəsinə basqın edib və burada zorakı reydlər keçirib. Buna cavab olaraq yerli sakinlər işğalçı hərbçilərə qarşı etiraz səsləndiriliblər. Bir neçə saat sonra əsgərlər Salim qəsəbəsinə soxularaq burada da sakinlərin evlərində axtarış aparıblar. İsrail ordusunun sorakılıqları yerli sakinlərin müqaviməti ilə qarşılaşıb. Qarşıdurma zamanı İsrail ordusu etirazçıları intensiv güllə yağışına tutub.
 

 

Google+ WhatsApp ok.ru